GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın Rusiya ilə danışıqları dayandırması ilə bağlı xəbərləri şərh edib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Zaxarova bildirib ki, bu addım Kiyev rəhbərliyinin sülhə sadiq qalmadığını göstərir.
“Bu, Ukrayna Prezidenti Volodimir Zelenski rejiminin sülh üçün hər hansı səmimi istək nümayiş etdirmək niyyətində olmadığını etiraf etməkdir”, – Zaxarova qeyd edib.
Diplomatın sözlərinə görə, Ukrayna tərəfinin bu qərarı əvvəlki danışıqlarda irəliləyişin əldə olunmaması ilə əlaqədar olub.
O, Ukrayna xarici işlər nazirinin birinci müavini Serhi Kislitsının sülh danışıqlarının rəsmi şəkildə dayandırıldığını elan etməsinə münasibət bildirərkən vurğulayıb ki, bu qərar regionda gərginliyi daha da artırır.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.