ain.az bildirir, Axar.az portalına istinadən.
ABŞ Maliyyə Nazirliyi İrana dron və ballistik raket istehsalında yardım edən iki Ukrayna şirkətinə sanksiya tətbiq edib.
Axar.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında deyilir.
Bildirilib ki, şirkətlərdən biri İranın 2023-cü ildən başlayaraq Çindən ballistik raket komponentlərinin almasında vasitəçi rolunu oynayıb.
Digər bir şəbəkə isə İranın dövlət şirkətinə PUA komponentlərinin alınmasında kömək edib.
Bundan əlavə, BƏƏ, Türkiyə, Çin, Hindistan və Almaniyadan da müxtəlif adlar sanksiya siyahısına əlavə edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.