AZ

““Quran-i Kərim” gətirin, əlimi basım” - Efirdə özündən çıxdı

Müğənni Bəturə Hüseynova efirdə gərginlik yaşayıb.

Milli.Az xəbər verir ki, buna səbəb "Tarixin bir günü" verilişində mərhum gitara ifaçısı Nofəl Süleymanovla bağlı yayılan iddiaların danışılması olub.

B. Hüseynova özündən çıxaraq bu sözləri bildirib:

"Burada "Quran-i Kərim" varsa, əlimi basaram. Bura "Quran-i Kərim" gətirin! Yalan-böhtandır. Balamın canı şərdir. Mən burada yox idim. Haqqımda xəbər çıxanda dedim ki, bir ildir ölkəyə gəlməmişəm, xarici pasportumda da qeyd edilib. Mənə dedi ki, pasportunuzu göndərin, dedim, yox. Başqa jurnalist istəsə edərdim".

Qeyd edək ki, B. Hüseynova ilə mərhum gitara ifaçısı Nofəl Süleymanovun bir vaxtlar eşq yaşadığı, hətta musiqiçini oğlu bu səbəblə öldürdüyü iddia edilmişdi. (olay)

Milli.Az

Seçilən
0
1
milli.az

4Mənbələr