“Real”ın sabiq baş məşqçisi Karlo Ançelotti hazırda komandaya rəhbərlik edən Xabi Alonsoya qarşı tənqidlərə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, “AS” nəşri təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.
“Real"da bir heç-heçə artıq böhran əlaməti kimi qəbul olunur. Lakin hazırkı nəticələr sadəcə təsir edicidir. Bundan başqa nə tələb etmək olar?”
Milli komandalar fasiləsindən əvvəl “Real” derbi matçında “Rayo Vallekano” ilə 0:0 hesabı ilə heç-heçə edib. Hazırda Xabi Alonsonun komandası La Liqa cədvəlində liderdir və ikinci “Barselona”nı 3 xalla qabaqlayır.
Qeyd edək ki, Karlo Ançelotti hazırda Braziliya milli komandasını çalışdırır.