AZ

"Atletiko" Simeonenin oğlu ilə müqaviləni uzatmağa yaxındır

Madrid “Atletiko”su futbolçularından biri ilə yeni müqavilə imzalamağa yaxındır.

 90deqiqe.Az “Marca”ya istinadən xəbər verir ki, bu, komandanın baş məşqçisinin oğlu, hücumçu Juliano Simeone olacaq.

Simeonenin 2030-cu ilin ortalarına qədər yeni müqaviləyə imza atacağı gözlənilir. “Atletiko”nun əsas komandasında 67 rəsmi oyunda iştirak edən futbolçu 8 qol vurub və 14 məhsuldar ötürmə edib.

Dekabr ayında Juliano Simeone 23 yaşını qeyd edəcək. Hazırda “Atletiko” İspaniya çempionatının cədvəlində dördüncü yerdə qərarlaşıb.

Seçilən
43
90deqiqe.az

1Mənbələr