AZ

Emma mədəkiçiltmə etdirməsi haqda suallara SON QOYDU

Müğənni Emma Ələkbərzadə arıqlaması haqda sualları cavablandırıb.

Bizim.Media xəbər verir ki, "Qonaqcanlı" verilişində qonaq olan sənətçi heç bir plastik əməliyyat etdirmədiyini deyib:

"21 ildir bu formadayam. Bircə burnumda estetik əməliyyat var. Başqa heç nə. istəmirəm".

Əməkdar artist Sevda Ələkbərzadə bacısının mədəkiçiltmə etməsi haqda iddalara etiraz edib:

"Emma həkimlərdən qorxur. Arıqlayanda dedilər mədəsini kəsdirib. Yalandır. Həmin vaxt heç mədə əməliyyatı yox idi. Elə əziyyətlər çəkdi arıqlamaq üçün. Tiflisdə başladı pəhrizə. İllərlə istədui, pəhrizə oturdu və pozdu. Amma sonuncu dəfə dedi ki, olacaq. Axşam yeməyəndə hər kəs gözəl arıqlaya bilər. Axşama qədər tort da yeyə bilərəm. Bircə 6-dan sonra yeməyim".

Emma isə "21 il əvvəl mədəkiçiltmə yox idi. Tiflisə 98 kiloqram getdim və 75 kiloqram qayıtdım. Bir butulka su, yaşıl alma və portağalla arıqladım" sözlərini əlavə edib. (axsam.az)

Bizim.Media

Seçilən
0
1
bizim.media

2Mənbələr