Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rustem Umerov ilə görüşüb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı hansı məsələlərin müzakirə olunduğu ilə bağlı açıqlama verilməyib.