AZ

“Sabah” Fransa klubuna Bakıda da məğlub oldu - ARENA.AZ

Basketbol üzrə Azərbaycan çempionu “Sabah” FIBA Çempionlar Liqasının 2025/26 mövsümünün əsas mərhələsində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda Fransa təmsilçisi “Elan Şalon”la üz-üzə gəlib.

Milli Gimnastika Arenasında keçirilmiş B qrupunun matçında rəqib komanda 89:87 hesablı qələbəyə sevinib.

Xatırladaq ki, Bakı klubu daha əvvəl bu rəqibinə səfərdə də 71:84 hesabı ilə uduzmuşdu. “Sabah” həmçinin Çexiyanın “Nimburk” (65:93) və Almaniyanın “Alba” (76:85) komandalarına da məğlub olub.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
33
21
arena.az

10Mənbələr