AZ

Saakaşvili klinikadan çıxarıldı: 3 il sonra

Uzun müddət Vivamed Klinikasında saxlanılan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili cəzaçəkmə müəssisəsinə qaytarılıb.

"Onun sağlamlıq vəziyyəti qənaətbəxşdir. Klinikadan çıxarılması ilə bağlı qərarı müalicə həkimi verir. Müalicə həkimi onun yanına gəlib, onunla danışıb və vəziyyəti ona bildirdi. Bildiyim qədəri ilə, o, köçürülmə ilə bağlı məlumatı çox sakit qəbul edib”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Vivamed Klinikasının Klinik Direktoru Zurab Çxaidze “Pirveli TV” kanalına verdiyi müsahibədə deyib.

Penitensiar Xidmət bu yaxınlarda Gürcüstanın üçüncü prezidentinin sağlamlıq vəziyyətinin "ənaətbəxş olduğu və artıq stasionar müalicəyə ehtiyac duymadığı barədə məlumat yayıb və buna görə də o, Rustavi həbsxanasına köçürülüb.

Bildirilir ki, məhkum Mixail Saakaşvili 12 may 2022-ci ildə stasionar tibbi yardım üçün Vivamed Klinikasına köçürülüb və bu axşama qədər orada qalıb. Keçmiş Gürcüstan prezidentinə müvafiq tibbi yardım göstərilib.

Gürcüstan qanunvericiliyinə uyğun olaraq, xəstənin mülki xəstəxanadan cəzaçəkmə müəssisəsinə qaytarılması müalicə həkiminin qərarı əsasında, onun sağlamlıq vəziyyəti nəzərə alınmaqla həyata keçirilir.

“Məhkum Mixail Saakaşvilinin sağlamlıq vəziyyəti qənaətbəxş olduğundan və artıq stasionar müalicəyə ehtiyac duymadığı üçün  mülki xəstəxanadan çıxarılıb və 12 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb. Orada cəzasını adi qaydada çəkməyə davam edəcək", - deyə  açıqlamada bildirilir.

Saakaşvilinin anası bu barədə heç bir məlumatının olmadığını bildirib:

"Mən heç nə bilmirəm, yalnız onun Rustaviyə köçürüldüyünü eşitmişəm. Son günlərdə onu heç kim müayinə etməyib. Bu məlumatı kimin yazdığını bilmirəm. Mən belə bir şey eşitməmişəm".

Seçilən
16
cebheinfo.az

1Mənbələr