AZ

Avropa İttifaqı Ukraynaya növbəti 6 milyard avroluq tranş ayırır

Noyabrın 13-də Ukrayna Avropa İttifaqından növbəti 6 milyard avroluq tranş gözləyir.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının Büdcə Komitəsinin sədri Roksolana Pidlasa məlumat verib.

Deputat Avropa İttifaqının nümayəndələri ilə danışığın detallarını açıqlayıb.

"Yaxşı xəbər odur ki, biz birbaşa büdcə yardımının növbəti tranşının planlaşdırıldığı kimi, cümə axşamı günü gəlməsini gözləyirik. Bu, ERA kreditləri üzrə 4,1 milyard avro və “Ukrayna Mexanizmi” çərçivəsində 1,9 milyard avro təşkil edir", - bəyanatda deyilir.

Pidlasa qeyd edib ki, tranşın alınması hərbi və sosial-humanitar xərclərin maliyyələşdirilməsi üçün heç bir risk yaratmır.

Deputat qeyd edib ki, Ukraynanın 2026-cı ilin birinci rübünün sonunda Avropa İttifaqının yeni yardımına ehtiyacı olacaq. Pidlasa bunun ilk növbədə qeyri-hərbi xərclərin maliyyələşdirilməsinə aid olacağını vurğulayıb.

Onun sözlərinə görə, Brüsseldə “təzminat krediti”nin müzakirəsi islahatların davam etdirilməsi və gücləndirilməsi şərtləri ilə müşayiət olunacaq.

Xatırladaq ki, ötən ay Avropa Komissiyası Ukraynaya 4 milyard avro məbləğində makromaliyyə yardımının doqquzuncu tranşını köçürüb. Beləliklə, tammiqyaslı müharibə başlayandan bəri Aİ-nin ümumi dəstəyi artıq 178 milyard avroya yaxınlaşır.

Seçilən
19
4
unikal.az

10Mənbələr