AZ

Ukrayna böhranı bu halda sülh yolu ilə həll oluna bilər -

Alyaska sammitində əldə edilən razılaşmalar çərçivəsində Rusiya ABŞ ilə Ukrayna böhranını müzakirə etməyə davam edəcək. Metbuat.az xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov belə açıqlama verib. O bildirib ki, əgər bu yol izlənilərsə, Ukrayna böhranının sülh yolu ilə həll yolu tapıla bilər. Yuri Uşakov, “Bu razılaşmalar işləyir. Nə biz, nə də Amerika tərəfi onlardan imtina edib. Ukrayna böhranını müzakirə etməyə davam etməliyiksə, bunu Ankoricdə əldə edilən razılaşmalar əsasında edəcəyik. Bu yol izlənilərsə, sülh yolu ilə həll yolu tapıla bilər”, - deyə bildirib.

ABŞ ilə təmaslarda fasilə olub-olmadığı ilə bağlı suala cavab verən Uşakov bildirib ki, fasilə olmasa da, əhəmiyyətli irəliləyiş yoxdur. Müxtəlif səviyyələrdə təmaslar davam edir.

Seçilən
11
1
metbuat.az

10Mənbələr