Voleybolçu kişilərdən ibarət "Xilasedici" klubu avrokubokda mübarizəyə başlayıb. "Rekord.az" xəbər verir ki, təmsilçimiz "Challenge cup"ın 1/32 finalında ilk oyununu keçirib.
Komandamızın rəqibi Rumıniyanın "Steaua" klubu olub. Buxarestdə baş tutan görüş meydan sahiblərinin üstünlüyü ilə yekunlaşıb. 3 set davam edən matçda "Xilasedici" quru hesabla uduzub.
Qeyd edək ki, cütün cavab oyunu noyabrın 20-də Bakıda keçiriləcək.
Challenge cup
12 noyabr
1/32 final (ilk oyun)
"Steaua" - "Xilasedici 3:0 (25:21, 25:20, 25:20)