Rusiya prezidenti Vladimir Putin Ukraynaya tammiqyaslı hücumu başa çatdırmadan başqa bir müharibəyə başlaya bilər.
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bunu Rusiyanın “Dojd” televiziya kanalına verdiyi müsahibədə bildirib. Siyasətçi 2021-ci ildən bəri həbsdə olduğu həbsxanadan suallara yazılı şəkildə cavab verib: “Mən 2014-cü ildə Brüssel Təhlükəsizlik Forumunda Rusiyanın Ukrayna ilə yanaşı Baltikyanı ölkələrə hücum edəcəyini demişdim. O dövrdə Baltikyanı ölkələrdən biri mənim xəbərdarlıqımı həyəcan siqnalı və uydurma adlandırdı. Düşünürəm ki, indi onlar fərqli düşünürlər. Növbəti il ərzində Rusiya bir və ya bir neçə ölkəyə eyni anda hücum edəcək.
Yanğın, təxribat və dronlar kimi bütün hazırlıq işləri artıq görülüb”, – deyə siyasətçi hesab edir.
Saakaşvili əmindir ki, Ukraynanın mövqeyini nəzərə alan dinc bir həll yoluna nail ola biləcək hər kəs ABŞ prezidenti Donald Trampdır: “Mən onu 1994-cü ildən, Nyu-Yorkda gənc vəkil olduğum vaxtlardan tanıyıram. Tramp, siyasətçilərin 99%-dən fərqli olaraq, risk etməyə hazırdır. Cəsarət və risk olmadan problemlər həll edilə bilməz.
Mən həmişə demişəm ki, Trampla Putin arasındakı gizli əlaqə blefdir. Birinci müddətindən çox əvvəl Tramp mənim yanımda Rusiya haqqında çox şübhə ilə danışırdı. O, sadəcə böyük oyunçular arasında olmaqdan zövq alır, eyni zamanda, həqiqətən də birinci olmaq istəyir”, – deyə keçmiş Gürcüstan lideri əlavə edib.
//Samir Qurbanov, Editor.az