AZ

Rubio X hesabında Rusiya-Ukrayna müharibəsindən yazıb » AzadMedia.az

Rubio

Rubio G7-dən olan həmkarları ilə Rusiya-Ukrayna münaqişəsinin həllini müzakirə edib
ABŞ Dövlət katibi Marko Rubio "Böyük Yeddilik" (G7) ölkələrindən olan həmkarları ilə görüşdə Rusiya-Ukrayna münaqişəsinin həlli yollarını və Kiyevin hərbi potensialının gücləndirilməsini müzakirə edib.

Rubio bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və G7 üzrə həmkarlarımla görüşdüm. Görüşdə Ukraynanın müdafiəsinin gücləndirilməsi və Rusiya-Ukrayna müharibəsinə son qoymağın yollarını müzakirə etdik", – deyə Rubio bildirib.

Dövlət katibinin sözlərinə görə, ABŞ tərəfdaşlarla birlikdə Rusiyanı diplomatiyaya və Ukrayna ilə birbaşa qarşılıqlı əlaqəyə təşviq etmək üçün yorulmadan çalışır ki, uzunmüddətli və davamlı sülhə nail olunsun.

G7 ölkələrinin xarici işlər nazirlərinin toplantısı Kanadanın Ontario əyalətində keçirilir.

Ukrayna Xarici İşlər Nazirliyi daha əvvəl Kiyevin Moskva ilə sülh danışıqlarını dayandırdığını açıqlamışdı.

Seçilən
13
1
azadmedia.az

2Mənbələr