AZ

Ərdoğanla Kavelaşvili qəza ilə bağlı son durumu müzakirə etdilər

ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə telefon danışığı aparıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Danışıq zamanı Gürcüstanda qəzaya uğrayan Türkiyənin hərbi yük təyyarəsi ilə bağlı başlanan axtarış-xilasetmə işlərinə dair son vəziyyət müzakirə olunub.

Gürcüstan Prezidenti Ərdoğana başsağlığı verib. Türkiyə Prezidenti başsağlığı diləkləri və dəstəyi üçün Kavelaşviliyə təşəkkürünü bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
yeniavaz.com

1Mənbələr