AZ

Xalq artisti Bilal Əliyev:“100 il yaşamaq üçün pulum var”

Azərbaycanın xalq artisti Bilal Əliyev "Tarixin bir günü" verilişində öz maddi vəziyyəti ilə bağlı açıqlama verib.

Milli.Az xəbər verir ki, o, bildirib ki, artıq elə qədər vəsait toplayıb ki, toy mərasimlərinə qatılmasa belə, rahat yaşamağa kifayət edər:

"Mənə 100 il ömür versinlər, mən artıq o 100 ilə qədər təminatdayam. Topladığım pullar mənə bəs edər. Yəni, gündə 100-150 manat xərcləsəm belə, yenə də çatacaq," - deyə xalq artisti televiziya efirində söyləyib.

Bilal Əliyev həmçinin vurğulayıb ki, ildə azı iki dəfə Böyük Britaniyaya gedir və orada azərbaycanlılar tərəfindən təşkil edilən tədbirlərdə çıxış edir.

Müğənni əlavə edib ki, ingilis dilini kurslara gedərək öyrənib və efirdə bu dil üzrə biliklərini nümayiş etdirib. (Sfera.az)

Milli.Az
 

Seçilən
10
4
milli.az

5Mənbələr