AZ

SON DƏQİQƏ: Ukrayna Rusiya ilə dialoqu dayandırdı Nə baş verir?

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ukrayna Moskvanın sərt mövqeyinə görə, Rusiya ilə dialoqu dayandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirinin birinci müavini Sergey Kıslıtsya deyib.

O bildirib ki, 2025-ci ildə Rusiya ilə sülh danışıqları faktiki olaraq heç bir nəticə verməyib.

Kıslıtsya “The Times” qəzetinə verdiyi müsahibədə vurğulayıb ki, hazırkı sülh danışıqları nəticə vermədiyi üçün hazırda dayandırılıb.

O qeyd edib ki, Putin və Zelenski arasında şəxsi görüşə çalışılsa da, bu səylər uğursuz olub. Bütün bunların fonunda Moskvanın güzəştsiz mövqeyi nəzərə alınmaqla, danışıqları davam etdirmək Kiyev üçün mümkün deyil.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
globalinfo.az

1Mənbələr