Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Vivamed Klinikasında uzun müddət müalicə aldıqdan sonra həbsxanaya qaytarılıb.
"Unikal" "Sputnik Georgia"ya istinadən xəbər verir ki, siyasətçi 2022-ci ilin may ayından bəri orada müalicə alırdı.
Xüsusi Penitensiar Xidmətin açıqlamasında deyilir:
"Mixail Saakaşvilinin vəziyyəti qənaətbəxş hesab edildiyindən və artıq stasionar müalicəyə ehtiyacı olmadığından, keçmiş prezident mülki sektor klinikasından çıxarılıb və 12 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb".