Ziyarətdə YAP Biləsuvarrayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid valideyinləri vəictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanıqəhrəman şəhidlərimizin şərəfli döyüş yolundan söz açılaraqxatirələri yad edilmiş, ruhlarına dualar oxunmuş vəvalideyinlərinə baş sağlığı verilmişdir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunungiziri olmuş şəhid Məmişli Sahil Ağaverdi oğlu 21 avqust1991-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadanolmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyüuğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağmüharibəsində iştirak etmiş, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərdə şücaət göstərmiş vənoyabrın 11-də Şuşa şəhəri uğrunda gedən döyüşlərdəqəhrəmancasına şəhid olmuşdur. 12 noyabr 2020-ci iltarixində Çaylı kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiqsərəncamlarına əsasən şəhid Məmişli Sahil Ağaverdi oğluölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və“Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Ordusunun kiçik çavuşu olmuş şəhidQasımzadə Nicat Höccət oğlu 10 noyabr 2000-ci ildəBiləsuvar rayonunun Zəhmətabad kəndində anadan olmuşdur. 2007-2018-ci illərdə şəhid Ənvər Rəhmətov adınaZəhmətabad kənd tam orta məktəbində təhsil almış və 2019-2020-ci illərdə müddətli həqiqi hərbi xidmətə olmuşdur. Nicat, qismən səfərbərliklə 21 sentyabr 2020-ci il tarixindəSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətitərəfindən hərbi xidmətə çağırılaraq, AzərbaycanRespublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrundagedən döyüşlərdə şücaət göstərmiş və noyabrın 9-dan 10-na keçən gecə Şuşa istiqamətində gedən döyüşlərdə düşmənhücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 12 noyabr 2020-ci il tarixində Zəhmətabad kəndqəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan RespublikasıPrezidentinin müvafiq sərəncamlarına əsasən şəhidQasımzadə Nicat Höccət oğlu ölümündən sonra 3-cü dərəcəli“Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda“, “Xocavəndinazad olunmasına görə“, “Füzulinin azad olunmasına görə“, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Azərbaycan Ordusunun MAHHXHQ olmuş şəhid ƏzizliElnur Şahin oğlu 25 sentyabr 2000-ci ildə Biləsuvar şəhərindəanadan olmuşdur. Azərbaycan Respublikasının ərazibütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayanII Qarabağ müharibəsində iştirak etmiş, döyüşlərdə şücaətgöstərmiş və Şuşa şəhəri istiqamətində gedən döyüşlərdəqəhrəmancasına şəhid olmuşdur. 12 noyabr 2020-ci iltarixində Biləsuvar şəhər qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiqsərəncamlarına əsasən şəhid Əzizli Elnur Şahin oğluölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanınazad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və“Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!

