Abşeron rayonu, Xırdalan şəhərində fəaliyyət göstərən mərmər sexində bədbəxt hadisə baş verib.
Xezerxeber.az-ın məlumatına görə, üzərinə mərmər düşən Sumqayıt şəhər sakini 45 yaşlı Ziyad Həsənov həyatını itirib.
İlkin məlumata görə, o, daşyükləmə prosesi zamanı tarazlığını itirərək avtomobildən sürüşüb və sürücünün üzərinə düşüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, ərazi müayinə edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.