AZ

Rob Edvards - “Vulverhempton”un yeni baş məşqçisi!

Britaniyalı futbol mütəxəssisi Rob Edvards İngiltərə Premyer Liqasında mübarizə aparan “Vulverhempton”a baş məşqçi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

42 yaşlı məşqçi ilə 3,5 illik müqaviləyə imza atıb. Uelsli mütəxəssis “Vulverhempton”dan aldığı təklifə görə “Midlsbro”nu tərk etməli olub. Amma bunun üçün Premyer Liqa təmsilçisi “Midlsbro”ya 3 milyon funt-sterlinq təzminat ödəyib.

Xatırladaq ki, “Vulverhempton” bir neçə gün əvvəl Vitor Pereyra ilə yollarını ayırmışdı. Buna komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olmuşdu. “Canavarlar” 11 oyunda cəmi 2 heç-heçə edib, 9 məğlubiyyətə üzülüblər. Komanda Premyer Liqanın yarış cədvəlində 2 xalla sonuncu pillədə qərarlaşıb.

Rob Edvards 2004-2008-ci illər aralığında futbolçu kimi “Vulverhempton”un şərəfini qoruyub. O, 2016-cı ildə karyerasını bitirəndən sonra da bu klubda məşqçi kimi çalışıb. Edvards “Telford Yunayted”, “Forest Qrin Rovers”, “Uotford”, “Luton Taun” və “Midlsbro”da, həmçinin İngiltərənin U-16 yığmasında da baş məşqçi olub.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
9
27
arena.az

10Mənbələr