AZ

Abbasov İslandiya ilə oyundan danışdı

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Sabah bizi maraqlı və gərgin oyun gözləyir. Onlar üçün də önəmli oyundur. Futbolçularıma inanıram. Sabah üstünlüyümüz azarkeşlərdir. İnanıram ki, bizi tək qoymayacaqlar. Rəqib Ukrayna ilə oyunda məğlub olsa da, ona layiq deyildilər. İtkilərimiz var. İstəməzdik, itkilər olsun. Amma yığmaya yeni çağrılanlar üçün yeni şansdır. Elvin Cəfərquliyev düşərgəni tərk etdi, Emin Mahmudovun oynayıb-oynamayacağı sual altındadır.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində Bakıda İslandiya yığmasına qarşı oyundan əvvəl təşkil olunan mətbuat konfransında bildirib.

"İslandiyanın heyətində bir çox Avropa klublarlnda oynayan futbolçular var. Özlərinə məxsus oyun üslubları var. Birinci oyundan çox danışmaq istəmirəm. İlk oyunu unutmalıyıq. Son oyunlardakı əzmkar çıxışımızı evdə də göstərib, xal qazanmalıyıq. Hər oyuna çıxanda qələbə əzmi istəyirik. Bu dəqiqə rəqib daha çox təzyiqdədir, çünki onların daha çox şansları var. Yeni futbolçular həyacanlı ola bilər, amma ümid edirəm ki, azarkeşlər bunu aradan qaldırmaq üçün maksimum dəstək olacaqlar”, - A.Abbasov deyib.

Qeyd edək ki, Azərbaycan – İslandiya matçı sabah “8-ci km” stadionunda saat 21:00-da start götürəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
2
axar.az

3Mənbələr