AZ

Şamaxıda 6 otaqlı EV YANDI - FOTO

Şamaxıda yaşayış evi yanıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, yanğın rayonunun Kiçik Xınıslı adlanan ərazisində baş verib.

Hadisə axşam saat 19:00 radələrində Məhəmmədəmin Rəsulzadə küçəsində, ev 5 ünvanında qeydə alınıb.

Yanğın 1964-cü il təvəllüdlü Süleymanov Sədaqət Ağadur oğluna məxsus, ümumi sahəsi 150 kvadratmetr olan iki mərtəbəli, 6 otaqlı evdə baş verib. Hadisə zamanı evin ikinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları, ümumilikdə 60 kvadratmetr sahə və bir otağın taxtadan olan tavanı 25 kvadratmetr sahədə yanıb.
 

Nəticədə evin ikinci mərtəbəsindəki bütün əşyalar tamamilə yanıb, evin qalan hissəsi yanğından mühafizə olunub. Əraziyə 3 yanğınsöndürən avtomobil cəlb olunub.


Yanğının başvermə səbəbi araşdırılır.

Hadisə nəticəsində xəsarət alan olmayıb.










Bizim.Media, Aran bürosu

Seçilən
10
5
bizim.media

7Mənbələr