“Barselona” növbəti yay Robert Levandovski ilə yollarını ayıra bilər.
Paralel.az xəbər verir ki bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Bildirilir ki, Kataloniya klubu polşalı hücumçunun yerinə “Bavariya”nın forvardı Harri Keyni əsas namizəd kimi dəyərləndirir. Beləliklə, klub İngiltərə millisinin kapitanını hücum xəttini gücləndirmək üçün ideal seçim hesab edir və gələn yay onu 65 milyon avroya transfer etməyə hazırdır.
Qeyd edək ki, 32 yaşlı Keynin cari mövsümdə oyun performansı kifayət qədər yaxşıdır.
O, 17 oyunda 23 qol vurub və 3 məhsuldar ötürmə edib. İngilis hücumçunun “Bavariya” ilə müqaviləsi 2027-ci ilin ortalarınadək qüvvədədir.