AZ

Arnar Qunnlauqsson: “Favorit biz sayılırsaq da…” - ARENA.AZ

Futbol üzrə İslandiya milli komandasının baş məşqçisi Arnar Qunnlauqsson Azərbaycan yığması ilə oyundan öncə fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, Azərbaycan və İslandiya yığmaları DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turu çərçivəsində sabah Bakıda üz-üzə gələcəklər.

Arnar Qunnlauqsson bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azərbaycan millisi eyni sistemdə oynayır. Amma indi daha istəkli, daha strukturlu və təşkilatlanmış görünür. Müdafiədə, keçidlərdə, topa sahib olmada xeyli irəliləyiblər. Deyirlər ki, İslandiyadakı görüşdə Azərbaycan millisi pis çıxış etdi. Amma mən deyərdim ki, bizim komanda o matçda yaxşı oynadı. Sabah yeni oyunçularımız olacaq. Onlar da özlərini göstərməyə çalışacaqlar. Bu komanda ilə növbəti Avropa çempionatı üçün heyətin əsasını formalaşdırmaq istəyirik.

Hər millidə yaxşı futbolçular var. Azərbaycan yığmasında kimdən daha çox ehtiyatlandığımı açıqlamaq istəmirəm. Rəqibin heyətində dinamik oyunçular var. Ukraynanın qapısına vurduğunuz qolu qeyd edərdim. Yeni baş məşqçinin də müəyyən təsiri hiss olunur.

Qunnlauqsson Azərbaycan – İslandiya matçının favoriti olduqlarına dair fikirlərə isə belə reaksiya verib:

“Futbol piramidasına baxsaq, biz bir az yuxarıdayıq. Favorit biz sayılırıq. Futbol yeganə oyundur ki, favorit olmayan komanda da qalib gələ bilər. Biz Fransaya qarşı oynayanda onlar favorit idi. Amma şansımız var idi ki, müsbət nəticə qazanaq. Futbol elədir ki, rəqibə hörmətlə yanaşmalısan. Sabah ən yaxşı oyunumuzu göstərməliyik”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
14
27
arena.az

10Mənbələr