AZ

Naxçıvan Ali Məclisi Baş nazirin vəzifədən azad edilməsi barədə qərar verib

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Baş nazir Ceyhun Cəlilovun vəzifəsindən azad edilməsi məsələsinə baxıb.

FED.azxəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bugünkü iclasının gündəliyinə Ceyhun Ramiz oğlu Cəlilovun Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilməsi məsələsi daxil edilib.

Muxtar Respublika Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, Prezident İlham Əliyevin 12 noyabr tarixli Sərəncamına əsasən, Naxçıvan MR Baş naziri Ceyhun Ramiz oğlu Cəlilov Muxtar Respublikada Prezidentin səlahiyyətli nümayəndəsi təyin edilib. Buna görə də Ceyhun Cəlilov Baş nazir vəzifəsindən azad edilməlidir.

“Ceyhun Ramiz oğlu Cəlilovun Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərar layihəsi səsə qoyularaq qəbul olunub.

Seçilən
31
23
fed.az

10Mənbələr