Aralıq dənizində 5,4 maqnitudalı zəlzələ baş verib.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Zəlzələ ocağının dərinliyi 18.84 km olub.
Hazırda dağıntılar və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb.