AZ

XTQ mənsublarının xüsusi tibb hazırlığı kursunun açılışı olub  

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) şəxsi heyətilə xüsusi tibb hazırlığı üzrə keçirilən kursun açılış mərasimi olub.

Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, beynəlxalq mütəxəssislərin iştirakı ilə keçirilən tədbirin açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

XTQ-nin komandanı general-mayor Ələkbər Cahangirov Müdafiə Nazirliyinin rəhbərliyi adından tədbir iştirakçılarını 12 Noyabr - Konstitusiya Günü münasibətilə təbrik edib, onlara tədrisdə uğurlar arzulayıb.

Çıxış edənlər qeyd ediblər ki, kursun keçirilməsində əsas məqsəd döyüş meydanında yaralılara ilkin tibbi yardımın göstərilməsi, eləcə də tibbi təxliyə və döyüş şəraitində tibb xidmətinin təşkili üzrə XTQ mənsublarının bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.

Açılış mərasimindən sonra şəxsi heyətin məişət şəraitinə, tədris yerlərinə, eləcə də tədris prosesində istifadə olunacaq müasir tibbi avadanlıqlara baxış keçirilib.

 

Seçilən
22
13
azerbaijan-news.az

10Mənbələr