AZ

Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq

Sünikdə "Tramp Marşrutu"nun (TRIPP) hissəsinin tikintisi 2026-cı ilin ikinci yarısında başlayacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib.

"İlin sonuna qədər plan tərtib ediləcək və layihənin bütün təfərrüatları təsvir ediləcək. Bunlar da 2026-cı ilin birinci yarısında təsdiqlənəcək, - o qeyd edib.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın komandası Yaxın Şərqdəki digər layihələrlə də yüklənib, lakin Ermənistan müəyyən edilmiş müddətlərə riayət olunmasına nail olacaq.

Milli.Az 

Seçilən
38
1
milli.az

2Mənbələr