AZ

Kiyevi dəstəkləyirik, amma hörmət gözləyirik... Navrotski

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Ukraynanı dəstəkləmək polyakların səsinə məhəl qoymamaq və ya Polşanın maraqlarını Ukraynanın bütün tələblərinin təminatına çevirmək demək deyil.

Axar.az xəbər verir ki, bu sözləri Polşa Prezidenti Karol Navrotski deyib.

“Polşa Ukraynaya kömək edib və kömək etməkdə davam edir, lakin biz heç bir münasibətdə girov qala bilmərik. Mən Ukrayna ilə münasibətlərimizin real olmasını istəyirəm. Biz dəstəkləməyə hazırıq, eyni zamanda qarşılıqlı hörmət və anlaşma gözləyirik”, - o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
axar.az

1Mənbələr