AZ

Zəngəzur dəhlizinin inşaasına nə vaxt başlanacaq? – Paşinyan tarixi açıqladı

Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib ki, “Tramp Yolu”nun (Zəngəzur dəhlizi – red.) inşaasına 2026-cı ilin ikinci yarısında başlanacaq.

Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
 

Onun sözlərinə görə, cari ilin sonuna qədər bütün detalları müzakirə etmək planlaşdırılır, ilin birinci yarısında isə bütün plan kağız üzərində təqdim olunacaq, ikinci yarıda isə inşaatın başlanması nəzərdə tutulur.


Paşinyan əlavə edib ki, bu planlar adətən cədvəldən kənara çıxır, o cümlədən Trampın komandası da məşğuldur. Lakin o, müddətlərin qorunması üçün bütün tədbirlərin görüləcəyini vəd edib.

Baş nazir qeyd edib ki, dəmiryolu Sovet dövrünün marşrutunu təkrar edəcək, çünki başqa marşrut mümkün deyil.

“Qaz kəməri isə xeyli şimaldan keçəcək. Elektrik xətləri də xeyli şimaldan keçir.
 

Hazırda aydın deyil, qaz kəməri və elektrik xətləri Zəngəzurda (Senik) qalacaq, yoxsa Vayots Dzor bölgəsindən keçəcək. Xəritədə hər şey sadə görünür, amma relyef tələbləri diktə edir”, – deyə Paşinyan izah edib.


“Şərq-Qərb yolları isə Şimal-Cənub layihəsinə inteqrasiya olunacaq. Müxtəlif variantlar hələ müzakirə edilir”, deyə o, yekunlaşdırıb.

Bizim.Media

Seçilən
25
2
bizim.media

3Mənbələr