AZ

Bank BTB oktyabrda ən çox şikayət edilən bank oldu

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Oktyabrda bank xidmətlərindən istifadə sahəsində müştəri şikayətləri üzrə "Bank BTB" ASC 4,59 şikayət indeksi ilə ən çox şikayət edilən banklardan biri kimi qırmızı zolaqda qərarlaşıb.

Axar.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan Teleqraf-a verilən məlumatda bildirilib.

Məlumata görə, ən çox şikayət edilən ikinci bank isə "YapıKredi Azərbaycan" QSC olub. Bank 3,12 şikayət indeksi ilə qırmızı zolaqda yer alıb.

Tənzimləyicinin hesabatına görə, siyahının üçüncü yerində "Unibank" ASC 2,46 şikayət indeksi ilə qırmızı zolaqda sıralanıb.

"YeloBank" 2,13 şikayət indeksi ilə sarı zolaqda yer alıb. Bu təsnifat üzrə "Bank of Baku"ın şikayət indeksi isə 1,67 olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
2
axar.az

3Mənbələr