"Şəhidlərimizin cənazələri axtarış-xilasetmə qrupumuzu Gürcüstana aparan A-400M təyyarəmizlə ölkəmizə gətiriləcək".
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə PA-nın kommunikasiya şöbəsinin direktoru Burhanəddin Duran açıqlayıb.
"Axtarış-xilasetmə qrupları Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan təyyarəmizlə bağlı işlərini davam etdirir. Şəhidlərimizin cənazələri axtarış-xilasetmə qrupumuzu Gürcüstana aparan A-400M təyyarəmizlə ölkəmizə gətiriləcək. Axtarış-xilasetmə işlərinin əvvəlindən bütün resurslarını səfərbər edən Gürcüstan hakimiyyətinə sürətli reaksiya və dəstəyə görə təşəkkür edirik. Məsələ ilə bağlı yenilikləri paylaşmağa davam edəcəyik", - deyə o qeyd edib.
Ağarza Elçinoğlu