Böyük ehtimalla bu mövsüm Bədavi Hüseynov üçün son mövsüm olacaq.
Rekord.az xəbər verir ki, 34 yaşlı müdafiəçi cari mövsümdə "Qarabağ"ın əsas heyətində yer almır.
Üstəlik, müqaviləsi də mövsümün sonunda başa çatır. Həmin vaxt 35 yaşı olacaq futbolçu ilə yeni müqavilə imzalanmayacaq. Bədavinin, ümumiyyətlə, karyersını başa vuracağı gözlənilir. Milli komandaya da dəvət almayan dağıstanlı futbolçunun Azərbaycanı tərk edib birdəfəlik vətəni Rusiyaya dönəcəyi gözlənilir.