"Ayaks" klubu sabiq baş məşqçisi Erik ten Haqı razı sala bilməyib.
Offsideplus.az xəbər verir ki, 55 yaşlı mütəxəssis Amsterdam təsmilçisinin təklifini geri çevirib.
Bu barədə "De Telegraaf" məlumat yayıb.
Ten Haqdan başqa sabiq idman direktoru Mark Overmars da Niderland nəhənginə qayıtmaq istəməyib.
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı Çempionlar Liqasının VI turunda baş tutacaq. Qarşılaşma dekabrın 10-da Bakıda keçiriləcək.