Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 noyabr 2025-ci il tarixində Natiq Nuşravan oğlu Ağayevin Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, qərar Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsinə uyğun olaraq qəbul edilib.
Xatırladaq ki, Natiq Ağayev bu vəzifəyə 2022-ci ildə təyin edilmişdi.
Prezidentinin Sərəncamı ilə Natiq Nuşravan oğlu Ağayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.