AZ

Rusiya mediası: Qurban Qurbanov Spartak a rəhbərlik etməkdə maraqlı deyil

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Spartak"ın "sükanı arxasına" keçməkdə maraqlı olmadığını bildirib. Sport24.az xəbər verir ki, bu barədə "Legalbet" portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, 53 yaşlı azərbaycanlı məşqçi yalnız Türkiyənin "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş" klublarından təklif gəldiyi təqdirdə "Qarabağ"dan ayrılmağa hazırdır.

bir müddət əvvəl Azərbaycan mediasında "Spartak"ın Qurbanovla maraqlandığı xəbəri yayılmışdı. 

Qeyd edək ki, Noyabrın 11-də "Spartak" Dejan Stankoviçlə yolları ayırıb. Serbiyalı mütəxəssis komandaya 2024-cü ilin yayından rəhbərlik edirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
sport24.az

1Mənbələr