AZ

“Kənar müdaxilə ehtimalı yoxdur, olsaydı, Azərbaycan aşkar edərdi”

BAKI, 13 noyabr. TELEQRAF

“Adətən ağla gələn təyyarədəki nasazlıqdır. Hazırda dünyada 3000-ə yaxın “C130” təyyarəsi var və bəziləri başqa ölkələrdə də qəzaya uğrayıb. Bir nasazlıq digər sistemləri də bağlaya bilər”.

Teleqraf xəbər verir ki, bunu Avrasiya Strateji Araşdırmalar Mərkəzinin (ASAM) prezidenti və ehtiyatda olan polkovnik Eray Güçlüer Azərbaycandan qayıdarkən Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyənin hərbi təyyarəsi barədə danışarkən deyib.

Güçlüer qeyd edib ki, qəzanın digər diqqət çəkən elementi təyyarənin təcili siqnal göndərməməsi olub:

“Bu siqnalın göndərilməməsi faktı göstərir ki, daxili nasazlıq siqnalizasiya sistemini işə düşməmişdən əvvəl bağlaya bilər”.

O, xarici müdaxilə iddialarına da münasibət bildirib: “İndiki texnologiya ilə hər hansı bir kənar müdaxilə həm təyyarələr, həm Azərbaycan və Gürcüstanın radar sistemləri, hətta peyklərimiz tərəfindən aşkar ediləcəkdi. Bu səbəbdən xarici müdaxilə ehtimalı çox,aşağıdır, demək olar ki, yoxdur”.

Polkovnik “C130” təyyarələrinin qabaqcıl sistemlərlə təchiz edildiyini vurğulayaraq, bildirib ki, təyyarənin özünümüdafiə və qoruma sistemləri var:

“Elektron döyüş qabiliyyəti ilə təchiz edilən bu təyyarələr radar xəbərdarlığı sistemləri ilə də təchiz olunub. Türkiyənin bu təyyarələrdəki modernləşdirmə layihələri onlara əhəmiyyətli imkanlar qazandırıb və bu səylər davam edir”.

Güçlüer, qəzanın hava şəraiti və ya pilot səhvi nəticəsində baş vermə ehtimalını da qiymətləndirib:

“Hava pis olsaydı, bu təyyarələr onsuz da havaya qalxmazdı. Olsaydı belə, geri dönərdilər. Pilot səhvindən də söhbət gedə bilməz, çünki türk pilotlar dünyanın ən yaxşıları sırasındadırlar. Onların minlərlə saatlıq uçuş təcrübəsi var və çox yüksək səviyyəli təlimlər keçib”.

Qeyd edək ki, qəza nəticəsində təyyarədə olan 20 ekipaj üzvü həlak olub.

Seçilən
29
teleqraf.com

1Mənbələr