AZ

Ərdoğan: Şəhid olan hərbçilərimiz Qarabağ zəfərinə görə Azərbaycana getmişdilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi təyyarənin Gürcüstanda qəzaya uğraması ilə bağlı açıqlama verib.

“Əvvəlcə xalq olaraq hamımıza başsağlığı diləyirəm. Dünən Qarabağ Zəfərinin 5-ci ildönümü münasibətilə Azərbaycanda olan yük təyyarəmiz qəzaya uğrayıb. 20 vətən övladımız şəhid olub.

Uca Allah şəhidlərimizə cənnətdə ən ali məqamı nəsib etsin. Göz yaşlarımızı içimizə axıdır, kədərimizi qəlbimizə gömürük. Dünən qəzaya uğrayan təyyarədə şəhid olan qəhrəmanlarımız peyğəmbərlikdən sonra ən uca mərtəbə olan şəhadət məqamına yetişiblər”, - o bildirib.

Seçilən
22
teleqraf.com

1Mənbələr