AZ

ABŞ Əfqanıstanda gizli narkotiklərlə mübarizə əməliyyatı APARDI

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) on ildən artıq bir müddət ərzində Əfqanıstanda narkotik istehsalına qarşı gizli əməliyyat həyata keçirib.

Redaktor.az xəbər verir ki, bu haqda "The Washington Post" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ-nin hərbi iştirakı dövründə MKİ ölkədə gəlirli xaşxaş plantasiyalarına nəzarət etmək məqsədilə məxfi proqram icra edib. Əməliyyat çərçivəsində əfqan fermerlərinin tarlalarına xüsusi dəyişdirilmiş toxumlar səpilirmiş. Bu toxumlardan bitən xaşxaş bitkiləri isə narkotik maddələrin hazırlanmasında istifadə olunan kimyəvi maddələri demək olar ki, özündə daşımırmış.

The Washington Post qeyd edir ki, bu gizli proqram daha əvvəl ictimaiyyətə açıqlanmamış və 2001-2021-ci illəri əhatə edən ABŞ-nin Əfqanıstandakı müharibəsinin az tanınan, eyni zamanda ABŞ-ın dünya miqyasında - Latın Amerikasından Asiyaya qədər - narkotiklərlə mübarizədəki ziddiyyətli tarixinin bir hissəsidir.

Qəzetin mənbələrinə əsasən, modifikasiya olunmuş xaşxaş toxumlarının havadan səpilməsi Əfqanıstanda 2004-cü ilin payızında başlanıb və təxminən 11 il sonra başa çatıb. Lakin əməliyyatın yekun nəticələrini dəqiq qiymətləndirmək çətindir. Məsələ ilə bağlı danışan ABŞ rəsmiləri bildiriblər ki, proqramın bir çox aspektləri bu gün də məxfi olaraq qalır.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
1
redaktor.az

2Mənbələr