“Deməzdim ilk hissədə nəsə çatmadı”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Toral Bayramov deyib.
24 yaşlı cinah oyunçusu Premyer Liqanın 11-ci turunda “Neftçi”ni 2:0 hesabı ilə məğlub etdikləri oyundan danışıb.
O, ilk hissədə rəqibin müdafiə xəttini yara bilməmələrinin səbəbini belə izah edib:
“Sadəcə, qarşımızdakı rəqib “Neftçi” idi. Rəqib çox yaxşı təşkilatlanmış komandadır.
Oyunları ilə də bunu sübut edirlər. Son turlar“Neftçi” də yaxşı təsir bağışlayır. Onlar da qalib gəlmək istəyirdi”.