Elvin Nazim oğlu Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
AzEdu.az Qax Rayonunun yeni icra başçısı olan Elvin Paşayevin təhsilini araşdırıb.
Elvin Paşayev 1983-cü ildə anadan olmuşdur. Orta təhsilini Şirvan şəhər M. B. İsrailov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəbdə almışdır. 2000–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində Regionşünaslıq ixtisası üzrə bakalavr təhsilinə yiyələnib.
2004-2005-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətdən sonra 2005–2007-ci illərdə Bakı Dövlət Universitetində magistr təhsili almış, 2007–2009-cu illərdə Dövlət İqtisad Universitetində Maliyyə və Kredit ixtisası üzrə təhsilini davam etdirmişdir.
2021-2022-ci illərdə İsveçin Lund Universitetində "Dövlət sektorunda innovasiya", "Şəhər idarəetməsində innovasiya və təbiət əsaslı həllər" proqramı üzrə təhsil almışdır. Çin Xalq Respublikası, Polşa Respublikası Lex Kaçinski adına İdarəçilik Akademiyası, Estoniya Respublikası Şərq Tərəfdaşlıq Mərkəzi və s. kimi tədris müəssisələrində təkmilləşdirmə və ixtisasartırma kurslarından məzun olmuşdur.
2021-ci ildə ABŞ-nin Layihələrin İdarəedilməsi İnstitutunun PMP (Layihələrin idarəedilməsi üzrə peşəkar) beynəlxalq sertifikatını əldə etmişdir. 2012–2016-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun doktorantı olmuşdur.