AZ

Göygölün yeni icra başçısı harada təhsil alıb?

Göyçay rayonuna yeni icra başçısı təyin edilib.

AzEdu.az-ın məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Göyçay rayonunda icra başçısı təyin edilib.

Orxan Mürsəlov 26 iyul 1986-cı il tarixində Rusiya Federasiyasının Bryansk şəhərində anadan olub. O, 1993-2004-cü illərdə Bakı şəhərindəki 95 saylı tam orta məktəbdə təhsil alıb. Orxan Mürsəlov 2004-2008-ci illərdə Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsini politologiya ixtisası üzrə bitirib. O, 2008-2009-cu illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olmuş, 2010-2012-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarəedilməsi – marketinq ixtisası üzrə magistr dərəcəsi alıb.

Seçilən
26
10
azedu.az

10Mənbələr