AZ

Göyçayın yeni icra başçısı kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Göyçay rayonunda icra başçısı təyin edilib.

Milli.Az Orxan Mürsəlovun dosyesini təqdim edir:

Orxan Mürsəlov 26 iyul 1986-cı il tarixində Rusiya Federasiyasının Bryansk şəhərində anadan olmuşdur. O, 1993-2004-cü illərdə Bakı şəhərindəki 95 saylı tam orta məktəbdə təhsil almışdır. Orxan Mürsəlov 2004-2008-ci illərdə Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsini politologiya ixtisası üzrə bitirmişdir. O, 2008-2009-cu illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olmuş, 2010-2012-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarəedilməsi - marketinq ixtisası üzrə magistr dərəcəsi almışdır.

Orxan Mürsəlov 2010-2022-ci illərdə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində və Ərazi-təşkilat məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2022-ci il tarixli sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

Fidan
Milli.Az

Seçilən
39
10
milli.az

10Mənbələr