Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.
Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
"Unikal" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Digər Sərəncamla, Elvin Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Qeyd edək ki, Qaxın sabiq icra başçısı Musa Şəkiliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.