AZ

Vitse-spiker: Artıq bu kitabxanalara ehtiyac yoxdur

“Əvvəlki qaydada kitabxanaların  fəaliyyət göstərməsinə  ehtiyac yoxdur. Biz kitabxanaları qoruyub saxlamalı müasir dövrün tələblərinə uyğun şəkildə formalaşdırmalıyıq”.

Ölkə.az  xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Rəfael Hüseynov parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında  deputatlar Elnarə Akimova və Ceyhun Məmmədovun  regionlarda kitabxanalar, mədəniyyət evlərindəki acınacaqlı vəziyyətlə  ilə bağlı  problemlərə cavab olaraq deyib.

Vitse-spiker bildirib ki, yeni dövrün kitabxana sistemi qurmalıdır, daha rəflərə düzülmüş kitablar kimi başa düşməməliyik: “İndi elektron kitablar çoxdur bunları inkişaf etdirməliyik. Biz məktəblərdəki kitabxanaları inkişaf etdirib təkmilləşdirməklə işçi ixtisarının da qarşısını ala bilərik”, - qeyd edib.

Mədəniyyət sahəsinin idarə olunması ilə bağlı yeni strukturların yaradılmasına gəldikdə gəldikdə vitse-spiker  bildirib ki, yeni qurumların yaradılmasına ehtiyac yoxdur, əksinə mövcud qurumların təkmilləşdirilməsinə ehtiyac var. “ Çoxfunksiyalı modern mədəniyyət mərkəzləri yaratmaqla bütün problemlərin həllinə nail olmaq lazımdır”, - o qeyd edib.

Mürtəza

Seçilən
17
3
olke.az

4Mənbələr