AZ

“Abdış-Ata” Mirabdulla Abbasov və İlkin Muradovla vidalaşdı - RƏSMİ

Qırğızıstan çempionatında mövsümünün başa çatmasından sonra “Abdış-Ata” bir neçə oyunçu ilə yollarını ayırdığını elan edib.

"Football-plus.az" xəbər verir ki, onlar arasında iki azərbaycanlı futbolçu da var. Bunlar Mirabdulla Abbasov və İlkin Muradovdu. Hər iki futbolçu bu yay Qırğızıstan klubuna keçmişdi.

Bu dövrdə Abbasov altı oyunda iştirak edib, bir qol vurub, Muradov isə 14 oyunda iştirak edib və dörd məhsuldar ötürmə ilə yadda qalmışdı.

Seçilən
25
football-plus.az

1Mənbələr