AZ

Azərbaycanda dini sahədə ciddi proseslər gedir Deputat

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Son illərin dini fəaliyyət sahəsində ən mühüm qərarlarından biri də din xadimlərinə dövlətin maddi dəstək göstərməsidir. Hazırda ölkədə təxminən 2250 məscid var. Təxminən 1000  nəfər ətrafında  din xadimi dövlətdən maddi dəstək alır. Düzdür, bu məscidlərin hamısı tam fəaliyyət göstərmir. Ancaq fəaliyyətdə olan məscidlərdə bir neçə din xadimi fəaliyyət göstərir. Hesab edirəm az da olsa dövlətdən maddi dəstək alan din xadimlərinin əhatə dairəsinin genişləndirilməsi din sahəsində proseslərə müsbət töhfə verə bilər".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə "Azərbaycan Respublikasının 2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, bir sıra bölgələrdə dini tarixi abidələrin xüsusi diqqətdə saxlanılmasına ciddi ehtiyac var: "Din tədbirlərə vəsaitin artırılması təqdirəlayiqdir. Düşünürəm eyni zamanda dini maarifləndirmə sahəsinə də vəsaitin artırılmasına ehtiyac var. Azərbaycanda dini sahədə ciddi proseslər gedir. Qeyri-ənənəvi radikal dini təriqətlərin üzvlərinin sayında artım müşahidə olunur. İnzibati tədbirlərlə yanaşı maarifləndirmə işi də çox önəmlidir".

Anar Kəlbiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
unikal.az

2Mənbələr