AZ

Xalq artist təyyarə qəzasına görə konsertini təxirə saldı - FOTO

Xalq
Xalq artisti Mənsum İbrahimov bu gün Gəncədə keçirilməsi nəzərdə tutulan konsertini təxirə salıb. 1news.az xəbər verir ki, bununla bağlı Mənsum İbrahimov paylaşdığı videomüraciətdə bildirib.
O bildirib ki, yubileyi ilə əlaqədar Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq konserti təxirə salınıb.

“Dünən qardaş Türkiyə Cümhuriyyətinin Gəncədən qayıdan hərbi təyyarəsinin qəzaya uğraması ilə tədbiri təxirə saldıq. 20 hərbçimiz şəhid olub. Türkiyənin şəhidi bizim şəhidimizdir. Acınız acımızdır, əziz Türkiyəm. Allah bütün şəhidlərə rəhmət eləsin. Konsertin yeni vaxtı ilə bağlı məlumat verəcəyik. Anlayışınız üçün təşəkkür edirəm”.

Seçilən
19
19
1news.az

10Mənbələr