AZ

Mənsum İbrahimov Gəncədəki konsertini təxirə salıb

Mənsum

Xalq artisti Mənsum İbrahimov bu gün Gəncədə keçirilməsi nəzərdə tutulan konsertini təxirə salıb. 

Reyting.az
-ın məlumatına görə, bu barədə “Qafqazinfo”ya Xalq artisti özü məlumat verib.

Muğam ustası bildirib ki, yubileyi ilə əlaqədar Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq konsertinin təxirə salınmasına səbəb ötən gün Türkiyənin Gəncədən qayıdan hərbi təyyarəsinin qəzaya uğramasıdır.

“Orada 20 hərbçimiz şəhid olub. Türkiyənin şəhidi bizim şəhidimizdir. Acınız acımızdır, əziz Türkiyəm. Allah bütün şəhidlərə rəhmət eləsin. Konsertin yeni vaxtı ilə bağlı məlumat verəcəyik. Anlayışınız üçün təşəkkür edirəm”.
Seçilən
14
19
reyting.az

10Mənbələr